“Qarabağ”ın müdafiəçisi Kevin Medina ötən gün Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda FCSB-yə (Rumıniya) 2:3 hesablı məğlubiyyətdən danışıb.
Sportinfo.az xəbər verir ki, kolumbiyalı legioner “CBC Sport”a müsahibəsində rəqibin 3 səhvdən yararlandığını bildirib:
“Səbəbləri bilmirəm, yaxşı oyun göstərdik. 3 səhvə yol verdik və bu da məğlubiyyətə gətirib çıxardı.
Məşqlərdə standart vəziyyətlər üzərində işləmişdik. Futboldur, irəliyə baxmaq lazımdır”.