“Matçdan əvvəl təhlilimizdə rəqiblə bağlı bütün detalları açıqlamışdıq.
Standart vəziyyətlərdə daha diqqətli olmaq lazım idi.
Qurban Qurbanov 80 dəqiqə niyə gözlədi? Aleksey Kaşukun toplu və topsuz oyunlarda faydası heç olmadı.
“Qarabağ” ilk dəqiqələrdəki templi oyunu, basqını ən azından müəyyən fasilələrlə davam etdirməli idi. Oyunçu paylaşımına, mövqe sığortalarına yağlı “2” düşür.
Düşünürəm ki, bu da Ağdam klubuna böyük təcrübə olar, lazımı nəticələr çıxarılar, transfer hərəkatında strategiya dəyişilər”.
Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.
Tanınmış jurnalist Avropa Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “FCSB” qarşılaşması (2:3) barədə danışıb, Ağdam klubunun məğlubiyyətinin səbəbləri haqda şərhlər verib.
Analizini rəqibin oyun planı üzərindən dəyərləndirən E.Cəfərov komandamızın baş məşqçisi Qurban Qurbanovu bu qədər çarəsiz gördüyünü nəvaxtsa xatırlamadağını diqqətə çatdırıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN