COP29

Menecerlərin dediyinə inanmadım, təklif gələndə iki dəfə düşünmədim” – VİDEO+FOTOLAR

12:40 Qarabağ 277
Menecerlərin dediyinə inanmadım, təklif gələndə iki dəfə düşünmədim” – VİDEO+FOTOLAR

"Qarabağ"dan ayrılan Juninyonun yeni klubu "Flamenqo"da təqdimat mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, təqdimat mərasimində Rio klubunun futbol direktoru Xose Boto futbolçuya komandanın 23 nömrəli formasını hədiyyə edib.

Daha sonra Juninyonun iştirakı ilə mətbuat konfransı da təşkil edilib. 28 yaşlı hücumçu deyib:

"Qarşıda məni yeni ciddi sınaq gözləyir. Mən "Flamenqo"ya kömək etmək üçün buradayam. Bunun üçün meydanda və meydandan kənarda hər şeyi etməyə hazıram.

Menecerlər deyəndə ki, "Flamenqo" sənin maraqlanır, inanmadım. Təklif gələndə iki dəfə düşünmədim. Bura təsadüfən gəlməmişəm".

Juninyo yeni komandasında ilk məşqə də çıxıb.

Juninyo bugünlərdə “Flamenqo” ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalayıb.



















Digər Xəbərlər
Xəbər Lenti