“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda Rumıniya FCSB-sinə qarşı keçirəcəyi matç haqqında danışıb.
Sportinfo.az digisport.ro-ya istinadən xəbər verir ki, FCSB Ağdam təmsilçisi ilə görüşdən sonra ölkə çempionatında Rednikin hazırda çalışdırdığı komanda ilə - Rumıniyanın digər bir klubu “UTA Arad” ilə qarşılaşacaq.
Mütəxəssis isə FCSB-nin "Qarabağ" səfərində yorulmağını istədiyini deyib:
" Vəziyyətimiz bəllidir. Bizim itirəcəyimiz heç nə yoxdur.
Yalnız qalib gəlmək lazımdır. FCSB yaxşı heyəti, keyfiyyəti var.
Mən Azərbaycanda işləmişəm. "Qarabağ" ölkənin ən yaxşısıdır. FCSB matça ciddi yanaşmalıdır.
"Qarabağ"a çox sərmayə qoyublar. FCSB-nin hücum futbolu oynamağını, yorulmağını istəyirəm.
Amma nə edəcəyini ən yaxşı Cici Bekali (FCBS-nin sahibi - red.) bilir. “Qarabağ” çox keyfiyyətli və yaxşı komandadır.
FKSB-nin diqqətini ona yönəltmək istərdim ki, onlar “Qarabağ”ın Azərbaycan üçün nə demək olduğunu başa düşsünlər. Odur ki, çox da arxayınlaşmayın".
Yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - FCSB matçı saat 21:45-də başlayacaq.
Avroliqada 6 turdan sonra FCSB 11 xalla 10-cu, “Qarabağ” isə 3 xalla 33-cü yerdədir.