"Qarabağ"ın ötən yay heyətinə qatdığı legionerlərdən biri də Emmanuel Addai oldu.
Böyük ümidlərlə komandaya cəlb edilən qanalı yarımmüdafiəçi arxada qalan müddətdə gözləntilərin altından çıxa bilməyib.
Fərdi ustalığı, sürəti ilə seçilən 23 yaşlı futbolçu sanki son nöqtəni qoymaqda çətinlik yaşayır.
Məsələn, etdiyi yaxşı reydin yekunu ya bərbad zərbə, ya da ünvansız ötürmə ilə ilə tamamlanır.
Görəsən, ondakı natamamlıq nə ilə bağlıdır?
Komandanın baş məşqçisi Qurban Qurbanov sualın cavabında bunları deyib:
"Böyük potensialı var. Bəzi oyunçular var ki, tələbləri meydanda tam icra edə bilir. Amma bəzi oyunçular bu baxımdan zaman lazımdır. Davamlı meydanda olmasına gərək var. Bu gün onun üçün bu şəraiti tam yarada bilmirik.
Bəli, bəzi epizodlarda arxayın çıxışı hiss olunur. Amma bu, ciddi problem deyil. Aradan qaldırmaq mümkündür.
Düşünürəm ki, bu şəhərə, bizim mentalitetə uyğunlaşandan sonra yaxşı mənada özünü daha sərbəst hiss edəcək və faydalı oyunçuya çevriləcək".
XANOĞLAN / SPORTİNFO.AZ