COP29

“Qarabağ” bu “1”in üstünə bir “1” də gələcəkmi?

01:50 Qarabağ 125
“Qarabağ” bu “1”in üstünə bir “1” də gələcəkmi?

Avropa Liqasının Liqa mərhələsinin VII turunda keçiriləcək "Qarabağ" - FCSB oyunu Azərbaycan və Rumıniya təmsilçilərinin avrokuboklardakı 9-cu matçı olacaq.

Sportinfo.az xəbər verir ki, ilk belə qarşılaşma 1998-ci ilə təsadüf edib.

"Dinamo" (Bakı) komandası UEFA Kubokunun (hazırkı Avropa Liqası) I təsnifat mərhələsində "Arceş" (Piteşti") ilə üz-üzə gəlib.

Səfərdə baş tutan qarşılaşmada rumınlar 5:1 hesabı ilə qalib gəliblər. Bakıdakı görüşdə də rəqib sevinən tərəf olub - 2:0.

10 il sonra, 2008-ci ildə "Neftçi" eyni turnirin III təsnifat mərhələsində "Vasluy"la qarşılaşıb. Doğma meydanda qələbə qazanan (2:1) ağ-qaralar Rumıniyada lazımi nəticəni əldə edə bilməyib - 0:2.

2017-ci ildə "Zirə" Avropa Liqasının II təsnifat mərhələsində "Astra" ilə münasibətlərə aydınlıq gətirib. Səfərdə 1:3 hesabı ilə uduzan "qartallar" Bakıda qolsuz heç-heçəyə razılaşıb.

Nəhayət, 2019-cu ildə "Səbail" bu turnirin I təsnifat mərhələsində “Universitatya" (Krayova) ilə üz-üzə gəlib. "Dənizçilər" hər iki görüşdə 2:3 hesabı ilə məğlub olub.

Beləliklə, yalnız bir görüşdə qalib gələn Azərbaycan klubları bu matçlarda qapılarında 19 qol görüb və yalnız 8 dəfə rəqib qapılarına yol tapıblar.

Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 03:30 "Sabah" məğlub etdi