COP29

İş bitdi, rəsmi transfer üçün hər hansı əngəl qalmadı

15:00 Qarabağ 234
İş bitdi, rəsmi transfer üçün hər hansı əngəl qalmadı

“Qarabağ”dan ayrılan Juninyo yeni klubu “Flamenqo”nun futbolçusu kimi Braziliya Futbol Konfederasiyasında qeydiyyatdan keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Qaydalara görə, yeni transfer olunan futbolçu alındığı tarixdən sonra qarşıdakı matça ən azı 5 gün qalmışa qədər qeydiyyata düşməlidir. Bu səbəbdən Juninyonun rəsmi transferi üçün hər hansı əngəl qalmayıb.

O, yanvarın 25-də “Volto Redonda” komandasına qarşı keçiriləcək rəsmi matçda debüt edə bilər.

"Flamenqo” hazırda ABŞ-da təlim-məşq toplanışındadır. Juninyo yeni komandasının düşərgəsinə onlar ABŞ-dan Braziliyaya qayıtdıqdan sonra qoşulacaq. Hələlik futbolçu fərdi məşq edir.

“Flamenqo”nun baş məşqçisi Felipe Luis inanır ki, 28 yaşlı hücumçu yanvarın 25-də keçiriləcək matça hazır olacaq.

Digər Xəbərlər
Xəbər Lenti