COP29

"Qurban Qurbanov Azərbaycanda böyük hörmətə sahibdir" – Rumınların tanınmış futbolçusu

01:10 Qarabağ 122
"Qurban Qurbanov Azərbaycanda böyük hörmətə sahibdir" – Rumınların tanınmış futbolçusu

"İndiyədək həm FKSB (Styaua Buxarest) , həm də "Qarabağ" Avropada fərqli oyunlar nümayiş etdiriblər".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Rumıniya millisinin və FKSB-nin sabiq futbolçusu Raul Rusesku deyib.

Keçmiş komandasının Avropa Liqasının əsas mərhələsinin VII turunda “Qarabağ”a qarşı keçirəcəyi oyundan danışan 37 yaşlı sabiq hücumçu şansları dəyərləndirib.

O, hər iki komandanın Avropada yaxşı təcrübəyə sahib olduğunu bildirib:

"Ancaq müqayisə etsək, FKSB Avropada daha çox təcrübəyə malikdir. Əslində, "Qarabağ"dan daha çox şey gözləyirdim.

Çünki onlar bu cür turnirlərdə necə mübarizə aparmalı olduqlarını bilirlər. Lakin hazırkı vəziyyət fərqlidir.

Düşünürəm ki, Azərbaycanda olan hava şəraiti həlledici rol oynayacaq. Təmsilçimiz favorit hesab olunur. Komanda bu mövsüm uğurlu nəticələr qazanıb".

Veteran forvard "Qarabağ"ın növbəti mərhələyə yüksəlmək şanslarının az olduğunu söyləyib:

"Komanda turnir cədvəlində yaxşı yerdə deyil. Növbəti mərhələyə vəsiqə qazanmaq çətin görünür.

Lakin qışda ediləcək transferlərdən də çox şey asılı olacaq".

Rusesku Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov barədə də fikirlərini bölüşüb:

"Onunla şəxsi tanışlığım olmasa da, oxuduqlarımdan vaxtilə yaxşı futbolçu və hazırda əla məşqçi olduğu barədə məlumatım var.

Qurbanov Azərbaycanda böyük hörmətə sahibdir. Futbol dünyasında futbolçu və məşqçi kimi hörmət qazanmaq asan deyil".

“Qarabağ” FKSB ilə yanvarın 23-də Bakıda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 10:20 Kvaratsxeliya vidalaşdı
17 Yanvar 04:00 Onlar da başladılar