"Bu, növbəti oyunlarda mənə əlavə güc və motivasiya verəcək".
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.
23 yaşlı müdafiəçi Premyer Liqada “Ayın qolu” layihəsinin qalibi olmasına münasibət bildirib:
“Məşqlərdə həmişə cərimə zərbələrinin üzərində çalışıram.
Belə zərbələri daha mükəmməl yerinə yetirmək üçün etdiyim məşqlərin nəticəsini görmək çox xoş oldu. Bu, növbəti oyunlarda mənə əlavə güc və motivasiya verəcək”.
T.Bayramovun XVII turda “Sumqayıt”la qarşılaşmanın 90+2-ci dəqiqəsində cərimə zərbəsindən vurduğu qol dekabr ayının ən yaxşısı seçilib.