COP29

“Qarabağ”la bağlı narahatlıq: “Nəyisə dəyişə bilmərik”

16 Yanvar 21:20 Qarabağ 327
“Qarabağ”la bağlı narahatlıq: “Nəyisə dəyişə bilmərik”

“Qarabağ” yanvar ayında Avropa Liqasının Liqa mərhələsində son iki oyuna çıxacaq.

Lakin bu qarşılaşmalarda bir neçə futbolçu ağdamlılara kömək edə bilməyəcək. Olavio Juninyonun “Flamenqo”ya keçidi rəsmiləşdi, Yassin Benzia anasının vəfatı ilə bağlı hələ də Bakıya gəlməyib.

Bədavi Hüseynov isə zədə səbəbindən kollektivdən ayrı düşüb.

Sözsüz, məlum vəziyyət baş məşqçi Qurban Qurbanovun planlarına müəyyən mənada təsir edəcək.

Musa Qurbanlı Sportinfo.az-a açıqlamasında ağır itkilərlə üzləşdiklərini gizlətməsə də, vəziyyətdən çıxış yolu tapacaqlarını deyib:

“Adlarını çəkdiyiniz futbolçuların hər biri komandamız üçün olduqca vacibdir. Lakin futbolda bu cür hallar qaçılmazdır.

Hazırkı vəziyyət belədirsə, nəyisə dəyişə bilmərik. Ona görə də irəli boylanmalı, itkiləri hiss etdirməməliyik.

Toplanışboyu daha çox çalışmaqla hazır olmağa çalışdıq. Oyunlarda əlimizdən gələni edəcəyik ki, yaranan boşluqları dolduraq”.

Ağdamlılar yanvarın 23-də Bakıda FCSB-ni (Rumıniya) qəbul edəcək, bir həftə sonra Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 18:10 Çək və bizə göndər!
16 Yanvar 17:20 Belə bir TƏKLİF VAR!