"Şamaxı”dan ayrılan Qurban Səfərovun karyerasını davam etdirəcəyi bəlli olub.
O, "Qarabağ"la müqavilə imzalayıb.
Millinin sabiq qapıçısı Səlahət Ağayevin bacısı oğlu Ağdam klubu ilə 6 aylıq anlaşıb.
Mövsümün ikinci yarısında "Qarabağ”ın əvəzedici komandasında forma geyinəcək yarımmüdafiəçi aylıq 600 manat maaş alacaq.
"Şamaxı”nın yetirməsi olan 20 yaşlı orta sahə oyunçusunun I Liqa və II Liqa təmsilçilərindən təkliflər aldığını, ammaəsas komandaya düşə biləcəyinə inanaraq "Qarabağ-2"da çıxış etməyə razılaşdığını bildirək.
SPORTİNFO.AZ