COP29

Gedəndə də gərək belə gedəsən! - "Qarabağ" mənim ölmüş xəyallarımı canlandırdı”

11:00 Qarabağ 702
Gedəndə də gərək belə gedəsən! - "Qarabağ" mənim ölmüş xəyallarımı canlandırdı”

"Qarabağ"dan "Flamenqo"ya (Braziliya) keçən Juninyo Ağdam klubu ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu İnstaqram hesabındakı paylaşımında "Qarabağ"a təşəkkür edib.

28 yaşlı forvard "Qarabağ"ın onu yenidən futbola qaytardığını qeyd edib:

"Qarabağ" və Azərbaycan. Sizin haqqınızda nə deyim?

Mənim ölmüş xəyallarımı canlandırdıniz. Bura gələndə bütün qəlbimlə sevdiyim insanlardan eşitdim ki, karyeram məhv olub, sizi təmsil etmək üçün bitmişəm və bir də heç vaxt futbolda böyük şanslarım yaranmayacaq.

Amma mən həmişə Tanrıya, işimə və ailəmə, mənim üçün ən yaxşısını istəyən insanlara və əsasən də Tanrının mənim həyatımla bağlı planlarına etibar etmişəm.

Tanrı ədalətlidir və heç nə təsadüfi deyil.. Bu böyük klubda çalışan hər bir insana - rəhbərliyə, məşqçilərə, oyunçulara, aşpazlara, heç kimi kənarda qoymadan hər kəsə təşəkkür edirəm.

Çünki hər biriniz uğurumun bir hissəsi idiniz və hamınızı ürəyimdə daşıyacam.

"Qarabağ", yaşatdığın hər an üçün çox sağ ol, hər şans, hər göz yaşı və hər sevinc üçün təşəkkür edirəm. Siz mənim üçün futbol dünyasının qapısını açdınız.

Mən sizi və mənə inanan hər kəsi təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Çünki indi məni belə çağırırlar:

"Qarabağ"dan, Azərbaycandan gələn Juninyo. Bununla necə fəxr edirəm! Hər şey üçün çox sağ olun! Sizə dünyadakı bütün uğurları arzulayıram".

2023-cü ilin yayından "Qarabağ"da çıxış edən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. Juninyo "Flamenqo" ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti