“Qarabağ”ın futbolçuları ölkə xaricindən təklif alanda, ətraflı düçünüb qərar verməlidir. Bu, olduqca vacib amildir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın ən stajlı futbolçusu Riçard Almeyda deyib.
Olavio Juninyonun “Flamenqo”ya keçidi ilə bağlı sualı cavablandıran 35 yaşlı yarımmüdafiəçi həssas məqamda öz başına gələnləri misal göstərib.
Riçard səmimi etiraf edərək 2018-ci ilin yayında Qazaxıstanın “Astana” klubuna keçidini yanlış addım olduğunu bildirib:
“Başıma gələn hadisəni xatırlayırsınız yəqin. 2017-ci ildə “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsində oynayanda, formamın zirvəsində idim.
O vaxt bir neçə klubdan təklif almışdım. Onlardan biri də “Astana” idi ki, yanlış seçim edərək Qazaxıstana getdim.
Çünki təkliflərin arasında maddi baxımdan ən sərfəlisi bu idi. İmtina edilməsi mümkünsüz olan əla şərtlərlə razılaşmışdıq.
Pula görə Qazaxıstana getdim. Halbuki, eyni anda Zaqreb “Dinamo”su da məni heyətində görmək istəyirdi.
İndiki ağlım olsaydı, düzgün seçim edərdim. Ancaq həyat belədir, yaşımız artıqca öyrənirik”.
Azərbaycan millisinin də şərəfini qorumuş Almeyda, “Astana”nın heyətində 8-i Qazaxıstan çempionatında, 11-i avrokuboklarda olmaqla 19 matçın iştirakçısı olub və 1 qolla yadda qalıb.
HƏBİB