COP29

“Yaxşı işləmişik, tam hazır olmalıyıq” – “Qarabağ”dan inamlı açıqlama

16:40 Qarabağ 269
“Yaxşı işləmişik, tam hazır olmalıyıq” – “Qarabağ”dan inamlı açıqlama

Qış fasiləsinin “Qarabağ”ın işinə yaradığını demək olmaz.

Komandanın əsas simalarından olan Olavio Juninyo düşərgəni tərk etdisə, Yassin Benzia anasının səhhətindəki ciddi narahatlığa görə toplanışda iştirak edə bilmədi.

Bədavi Hüseynov isə dekabrda aldığı zədə səbəbindən kollektiv çalışmaları kənardan izlədi.

Buna baxmayaraq, “köhlən atlar” keçirdiyi yoldaşlıq görüşlərində məhsuldarlıq nümayiş etdirdi. “Kəpəz”i 5:1, “Zirə”ni 4:2 məğlub edən ağdamlılar rəqib qapılarından 9 top keçirdi.

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Sportinfo.az-a qış hazırlığını dəyərləndirib:

“Yoruğunluq varsa, deməli, yaxşı işləmişik. Həm oyunlar keçirdik, həm də fiziki formamızı yaxşılaşdırmaq üçün lazım olan tapşırıqları yerinə yetirdik.

İndi elə mərhələdir ki, bacardıqca çox işləmək lazımdır. Mövsüm bərpa olana qədər tam hazır olmalıyıq. Ümid edirəm ki, çəkilən zəhmətin bəhrəsini görəcəyik”.

“Qarabağ” fasilədən sonra ilk görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda “Şamaxı”ya qarşı keçirəcək.

Premyer Liqanın 19-cu turu çərçivəsində yanvarın 14-nə planlaşdırılan qarşılaşma saat 19:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti