“Qarabağ”dan ayrılan Juninyo artıq Braziliyanın Rio-de-Janeyro şəhərindədir.
Sportinfo.az xəbər verir ki, onu hava limanında klub nümayəndələri, jurnalistlər və bir qrup azarkeş qarşılayıb.
Qarşılanma zamanı hücumçuya yeni klubu “Flamenqo”nun forması hədiyyə edilib.
28 yaşlı forvard verdiyi qısa açıqlamada “Flamenqo”ya keçdiyi üçün xoşbəxt olduğunu bildirib.
O, bu gün tibbi müayinədən keçəcək və daha sonra 3 illik rəsmi müqaviləyə imza atacaq.
"Qarabağ" bu transferdən 5 milyon avro qazanacaq. "Flamenqo" həmin məbləği Ağdam təmsilçisinə hissə-hissə ödəyəcək.