COP29

“Musa özündən razıdır” – “Qarabağ” üçün özlərinə əl qatdılar

14 Yanvar 16:40 Qarabağ 1 631
“Musa özündən razıdır” – “Qarabağ” üçün özlərinə əl qatdılar

“Qarabağ”ın “Kəpəz” və “Zirə” ilə yoldaşlıq görüşlərində azarkeşlərin stadiona buraxılması qadağan olunmuşdu.

Yəqin ki, Qurban Qurbanov futbolçularını mümkün qədər işə köklənməsini məqbul saydığından, bu qərarı vermişdi.

Bəlkə də ehtiyat meydanda azarkeşlər üçün tribuna olmadığından, azarkeşlərin mümkün narahatlığı nəzərə alınmışdı.

Buna baxmayaraq, hər iki qarşılaşma zamanı “Qarabağ”sevərləri görmək mümkün idi. Biri forma dalınca gəlmişdi, digəri şəkil çəkdirməyə, bir başqası imza almağa.

Xüsusən “Zirə” ilə matçda göstərdikləroi sevgi diqqətimdən yayınmadı. Oyun soyuq havada, üstəlik, ikisi 45, biri 30 dəqiqə olmaqla düz 2 saat davam etdi.

30-a yaxın gənc və yeniyetməni (aralarında xanımlar da var idi) əraziyə buraxılmasalar da, giriş-çıxış darvazalarının yanında varlıqlarını göstərməyə çalışırdılar.

Ara-sıra “Qarabağ” qışqırır, yaxınlıqdan hansısa futbolçunun keçdiyini görəndə onun adını səsləyirdilər.

Musa Qurbanlını da yanlarına çağırdılar. Yorğun və tələsik Musa onlara reaksiya verməyincə, aralarından biri “Musa özündən razıdır” şəklində narazılıq etdi. Qurbanlı təbii ki, bunu eşitdi.

Reaksiyası necə oldu?

Arxaya çevrilib, gülər üzlə “düz deyirsiniz, Musa özündən razıdır” – deyə dilləndi. Ardınca, “Musa, nə olar, formanı mənə ver” səsi eşidildi. Futbolçu bu müraciəti də cavabsız qoymadı: “artıq futbolkam yoxdur”.

Yeri gəlmişkən, “Kəpəz”lə sınaq matçında irəli-geri var-gəl edən Olavio Juninyo bu dəfə gözə dəymədi. Ya bazaya gəlməmişdi, ya da oyunu izləmək fikrindən daşınmışdı.

Azarkeşlər üçün maraqlı olacaq xəbər Abdulla Zubirin səhhətində yaranan problemin həllini tapması və məşqlərə qoşulmasıdır. Təcrübəli futbolçu “Zirə”ylə görüşün sonuncu 45 dəqiqəsində meydanda oldu.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 02:30 Toyundan FOTOLAR paylaşdı