COP29

"Qarabağ"a 5 milyon qazandırıb getdi, hava limanında xoşbəxt olduğunu söylədi

14 Yanvar 13:20 Qarabağ 402
"Qarabağ"a 5 milyon qazandırıb getdi, hava limanında xoşbəxt olduğunu söylədi

"Burada olduğum üçün çox xoşbəxtəm".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"dan "Flamenqo"ya (Braziliya) keçən Olavio Juninyo Rio-de-Janeyrodakı hava limanında deyib.

28 yaşlı hücumçu A Seriyası təmsilçisi ilə rəsmi müqavilə bağlamadığı üçün qısa açıqlama ilə kifayətlənib. Onu klub rəsmiləri ilə yanaşı, bir neçə azarkeş də qarşılayıb.

Yerli vaxtla təxminən saat 17:00-da sözügedən şəhərə çatan forvard birbaşa otelə yollanıb. O, bu gün tibbi müayinədən keçəcək və daha sonra 3 illik rəsmi müqaviləyə imza atacaq.

"Qarabağ" bu transferdən 5 milyon avro qazanacaq. "Flamenqo" həmin məbləği Ağdam təmsilçisinə hissə-hissə ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 18:10 Çək və bizə göndər!
14 Yanvar 02:30 Toyundan FOTOLAR paylaşdı