“Yaxşıdırlar, nə qədər vaxtdır ki, bizimlə məşq edirlər”.
Sportinfo.az xəbər verir ki, bu açıqlama “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.
O, “Kəpəz” və “Zirə” ilə yoxlama görüşlərində şans verdiyi Davud Mansumov və Amin Rzayev haqda fikirlərini bölüşüb:
“Davudu komandaya bir az gec cəlb etmişik .Üç aydır ki, bizimlə məşq edir.
Aminin 16 yaşı var və 1 ilə yaxındır ki, bizimlədir. Aftandil Hacıyev onu bizə təklif etmişdi ki, perspektivli uşaqdır.
Fziki durumunu yaxşılaşdırmaq üçün əlavə məşqlər edirlər. Yavaş-yavaş komandaya cəlb olunurlar.
Amma hələ gəncdirlər. İstəyirik ki, kollektivin içində böyüsünlər.
Əgər hazırda Amini bu yaşda “Qarabağ”da stoper kimi oynadırıqsa, özü də bunu düzgün etməyə çalışırısa, həm bizim, həm də özü üçün üstünlükdür.
Davud da özünü itirmirsə, qol vurmaq üçün çəkinmədən hücuma gedirsə, bu da həm özü, həm də bizim üçün müsbət haldır. İntizamlı uşaqlardır”.