“Portuqaliya çempionatına uyğunlaşmaq asan idi, eyni dildə danışırdıq”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın braziliyalı legioneri Julio Romao deyib.
2023-cü ilin yayından ölkəmizdə çıxış edən 26 yaşlı yarımmüdafiəçi Azərbaycanla bağlı təəssüratlarını bölüşüb:
“Azərbaycanda insanlar, mədəniyyət, iqlim - hər şey tam fərqlidir. Ən çox diqqətimi çəkən insanların mənə münasibəti oldu, çox yaxşı qarşıladılar.
Gəlməmişdən əvvəl tərəddüd edirdim, amma şəhəri görəndə heyran oldum. Görməli çox yer var, ailəmi də gətirmişəm və hamı buranı bəyənir.
Azərbaycan Avropadakı bir çox ölkədən daha yaxşıdır. Təhlükəsizlik yüksək səviyyədədir, burada həqiqətən şikayət edəcəyim heç bir şey yoxdur””.