“Qarabağ” Yanis Stoykanı heyətinə qatmaq istəmir.
Bu barədə klubdan saytımıza bildirilib.
Qeyd olunub ki, “digisport.ro” saytının yayıdığı məlumat həqiqəti əks etdirmir.
Benlə ki, Azərbaycan təmsilçisi 22 yaşlı hücumçu üçün rəsmi təklif göndərməyib.
Futbolçu ilə 2027-ci ilə qədər müqaviləsi olan “Hermannştadt” onun üçün 1,5 milyon avro istəyir.
Baş məşqçi Marisu Maldaraşanu onu bu qiymətə sata biləcəklərini deyib.
Yanis Stoykanı “Dinamo” (Buxarest) və “Dinamo” (Kiyev) da heyətinə qatmaq istəyir.
“Petrolul Ploiești“nin yetirməsi olan forvard Rumıniyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarının şərəfini qoruyub.
SPORTİNFO.AZ