"Flamenqo"ya transfer olunan "Qarabağ"ı n hücumçusu Olavio Juninyo Braziliyaya yollanıb.
28 yaşlı forvardın bu gün Rio-de-Janeyroda olacağı gözlənilir.
Tibbi müayinədən keçəcək, bundan sonra tərəflər arasında müqavilə imzalanacaq. Sözləşmənin 2028-ci ilin sonuna qədər bağlanacağı nəzərdə tutulub.
Amma o, komandanın ABŞ-dəki mövsümöncəsi hazırlıq prosesinə qatılmayacaq və sözügedən şəhərdə məşq edəcək.
"Sevilya" mənsubları son bir neçə gün ərzində braziliyalı qolçu ilə dəfələrlə əlaqə saxlamağa çalışıb. Di gəl, idman direktoru Viktor Ortanın telefon zənglərinə belə, cavab verməyib.
Juninyo yalnız meneceri vasitəsilə İspaniya klubuna xəbər göndərib ki, o, qəti qərara gəlib və yaxın bir neçə ildə Braziliyanı tərk etməyəcək. Həmçinin Avropadan hansısa başqa təklifin də daha ona maraq yaratmadığını söyləyib.
"Qarabağ" bu keçiddən 5 milyon avro qazanacaq. Məbləğ hissə-hissə ödəniləcək.
Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinir. Azərbaycan çempionatının və kubokunun qalibi olan "sambaçı" burada 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ