"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov son günlərin əsas müzakirə mövzusu olan legioner limiti barədə fikir bildirmək istəməyib.
Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bu haqda çox qısa danışıb:
"İcraiyyə Komitəsinin üzvüyəm və ona görə də hansısa fikir bildirməyim doğru olmazdı. Çünki o qrupda iştirak edirəm. İndi fikir bildirməyim düzgün deyil".