"Azərbaycan Avropadakı bir çox ölkədən daha yaxşıdır".
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın braziliyalı legioneri Julio Romao “Globo” nəşrinə müsahibəsində deyib.
26 yaşlı yarımmüdafiəçi “Qarabağ”dakı çıxışından və komandanın Avropa Liqasındakı nəticələrindən danışıb:
“Bayer 04”ə qarşı iki möhtəşəm oyun keçirdik və düşünürəm ki, bundan sonra insanlar “Qarabağ”a fərqli baxmağa başladılar.
Gənc olanda topla daha çox oynayırdım, müdafiəyəmeyilli yarımmüdafiəçi deyildim.
Amma Portuqaliyada daha geridə oynamağa uyğunlaşdım və bu, “Qarabağ”dakı çıxışım zamanı mənə çox kömək etdi”.