"Araz Naxçıvan" Azərbaycan Premyer Liqasında yeni mövsümün birinci yarısını çox uğurla arxada qoydu.
Elmar Baxşıyevin yetirmələri hətta bir müddət birinci pillədə belə yer aldı.
Yalnız qış fasiləsinə 2 tur qalmış alınan ardıcıl məğlubiyyətlər komandanın ikinci pilləyə enməsinə yol açdı.
Muxtar respublika təmsilçisinin "Qarabağ"la çempionluq mübarizəsində olması hamı kimi Bəhlul Mustafazadəni də təəccübləndirib.
O, Sportinfo.az-a açıqlamasında bunu açıq etiraf edib:
"İnanmıram ki, kimsə "Araz-Naxçıvan"dan belə nəticələr gözləyərdi. Onlara da belə çıxışa görə əhsən düşür".
Təcrübəli müdafiəçi amma bu rəqabətin onlara xoş olduğunu sözlərinə əlavə edib:
"Açığı, bizim üçün xeyirli olduğunu deməliyəm. Rəqabət bizim oyunlara yanaşmağımız üçün çox önəmlidir. Maraqlı sezon davam edir. Könül istərdi ki, bu mübarizədə daha çox komanda yer alsın".
XANOĞLAN