AFFA-nın nəzdində fəaliyyət göstərən Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev özünə yeni məşğuliyyət tapıb.
AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun vəzifə başına gətirdiyi funksioner qeyri-rəsmi olaraq menecerliyə başlayıb.
O, statusundan istifadə edərək, «Mingəçevir» üçün qollarını çırmalayıb. Piriyev yeni himayədarın çətiri altına keçən I Liqa komandası üçün seleksiya işi görməkdədir.
İcraçı direktor bir neçə klubla əlaqə saxlayaraq, futbolçularını «Mingəçevir»ə göndərməyi təklif eləyib. FİF-in idarəçisi onların keçidi müqabilində yüksək maliyyə şərtləri vəd verib.
«İşıqlar şəhəri»nin eyniadlı təmsilçisi ASTA-nın ((Azerbaijan Sport Talents Academy) nəzarəti altına keçib.
11 turdan sonra 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komanda baş məşqçisini dəyişib. Ədahim Niftəliyevlə vidalaşan kollektivin sükanı arxasına Füzuli Məmmədov gətirilib.
SPORTİNFO.AZ