Bəlli olduğu kimi, Olavio Juninyo “Sevilya”da oynamaq ehtimalının üzərindən xətt çəkib.
Demək olar ki, bütün detalların razılaşdırıldığı anda La Liqa təmsilçisinə “yox” deyən hücumu karyerasını “Flamenqo”da davam etdirəcək.
Onun vətənindən gələn təklifə isti baxmasının əsas səbəbləri daha çox maaş və forma şansı qazanmaqdır.
Sportinfo.az xəbər verir ki, “Globo” “Flamenqo”nun baş məşqçisi Felipe Luisin həftəsonu Juninyoya zəng etdiyini və “Sevilya” sevdasında vaz keçirə bildiyini yazıb.
Braziliya nəşrinin iddiasına görə, klubun planı yanvarın 12-da Juninyo ilə üçillik müqavilə imzalamaq və ABŞ-də baş tutacaq təlim-məşq toplanışında iştirakını təmin etməkdir.
Adıçəkilən media orqanı Juninyonun məlum qərarının “Qarabağ”ı qəzəbləndirdiyini də bildirib. İddiaya inansaq, “Flamenqo” futbolçu üçün “köhlən atlar”a 5 milyon avro təzminat ödəmək istəyir.