“Qarabağ” qış hazırlığı dönəmində ilk yoldaşlıq görüşünü keçirib.
“Azersun Arena”nın yardımçı meydanında baş tutan görüşdə “köhlən atlar” “Kəpəz”i qəbul edib.
Oyunda diqqətçəkən məqam “Qarabağ”ın zədəli futbolçularının meydana çıxması olub.
Ötən ilin sonlarında zədələnən Kevin Medina əsas heyətdə yer alıbsa, Bəhlul Mustafazadə ilə Aleksey İsayev ikinci hissədə mübarizəyə qoşulublar.
Digər zədəli Bədavi Hüseynovun müalicəsi isə müəytən vaxt alacaq.
HƏBİB / SPORTİNFO.AZ