"Juninyo "Flamenqo"da oynamağa hazırdır".
Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın braziliyalı legioneri Julio Romao "köhlən atlar"ın digər üzvü Olavio Juninyonun "Flamenqo"ya mümkün keçidi barədə "Globo" nəşrinə müsahibəsində deyib.
26 yaşlı yarımmüdafiəçi həmyerlisi haqqında xoş ifadələr işlədib:
"Juninyo Braziliya futbolunda bu gün sahib olduğumuz bir çoxundan fərqli mərkəz hücumçusudur. Adətən biri qol vuran, digəri isə hərəkətli olur.
Amma çox sürətli forvardlara nadir hallarda rast gəlirik. Juninyo da belədir.
Onun burada çox qol vurmasının səbəbi sürətidir. Rəqiblərini keçmək üsulu inanılmazdır. Mərkəz hücumçusunun bunu etməsi çətindir".
Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.