COP29

“Qarabağ” Avropada “Bayern” və “Liverpul”dan geri qalmadı

01:10 Qarabağ 226
“Qarabağ” Avropada “Bayern” və “Liverpul”dan geri qalmadı

“Qarabağ” Azərbaycan Premyer Liqasının ilk yarısında keçirdiyi 18 oyunda 47 qol vurub.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu bu göstərici ilə Avropanın ən məhsuldar komandalarından biridir.

Qurban Qurbanovun yetirmələri qitənin milli çempionatlarında bu mövsüm ən çox qol vuran 12-ci komandadır.

Təmsilçimiz Avropa nəhəngləri “Bayern” və “Liverpul”la eyni göstəriciyə malikdir.

Siyahıya “Srvena Zvezda” başçılıq edir. Belqrad təmsilçisi Serbiya çempionatının geridə qalan 20 matçında 71 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 02:00 Bu da son gələn!