"Qarabağ"ın hücumçusu Juninyonun "Sevilya"ya keçidi baş tutmaya bilər.
Sportinfo.az xəbər verir ki, buna səbəb klublar arasında razılıq əldə olunmamasıdır.
Bu barədə jurnalist Qonsalo Tortosa məlumat yayıb.
Xəbərdə bildirilir ki, Juninyo "Sevilya"ya yox, "Flamenqo"ya keçəcək. Braziliya klubu 28 yaşlı hücumçu üçün daha yaxşı şərtlər təklif edib.
A Seriyası təmsilçisinin braziliyalı forvarda da İspaniya klubundan 3 dəfə artıq maaş təklif etdiyi qeyd olunub.
Daha əvvəl "Qarabağ"ın Juninyonun transferi ilə bağlı 4+1 milyon avro qarşılığında "Sevilya" ilə anlaşdığı bildirilirdi.
La Liqa klubu hətta futbolçu üçün tibbi müayinənin vaxtını da təyin etmişdi.