COP29

“Qarabağ” qətiyyən zəifləməyəcək! - Juninyonun “sifət”i

6 Yanvar 21:00 Qarabağ 7 218
“Qarabağ” qətiyyən zəifləməyəcək! - Juninyonun “sifət”i

Olavio Juninyo “Qarabağ”a gələnə qədər haradaydı?

2015-ci ildə Braziliyanın ştat birinciliyindən başlayıb, B seriyasına, oradan A seriyasına yüksəlmişdi.

2019-cu ildə Portuqaliyanın aşağı dəstəsində 3 il keçirib, 2022-ci ildə yüksək liqada oynamışdı. Axırıncı dəfə “Çaveş”də meydana çıxdığı 32 qarşılaşmada cəmi 4 qolla yadda qalmışdı.

Azərbaycana gələnə qədər Braziliya və Portuqaliyada müxtəlif turnirlərdə 200-dən çox oyun keçirən braziliyalının aktivində vur-tut 30 qol var idi.

2023-cü ilin yayında Qurban Qurbanovun istəyi ilə karyerasını “Qarabağ”da davam etdirən “18 nömrə”nin üzünə gün doğdu.

Əsas heyətin daimi üzvünə çevrildi, avrokuboklarda qazandığı şansa vurduğu qollarla cavab verdi, Premyer Liqanı bombardir qismində başa vurdu.

Və 28 yaşında La Liqa təmsilçisi “Sevilya”dan təklif aldı.

İndi üzünü turşutmaqla mesaj verir ki, ispanların təklif etdiyi məbləğlə razılaşın, təki mən gedim. Xeyir ola?

Juninyonu bu yerlərə çatdıran, Avropa vitrininə çıxaran Azərbaycan klubu olubsa, zəhmət çəkib “Qarabağ” tərəfindən çıxış etməlidir. Menecerinin vasitəsi ilə “Sevilya”ya xəbər göndərməlidir ki, nə qədər istəyirlər verin, təki sövdələşmə baş tutsun.

Ən pis halda İspaniyada alacağı pulun bir qismindən keçməlidir.

Söz yox, braziliyalı öz istedadı ilə ispanların diqqətini çəkib. Ancaq “Qarabağ”ın sayəsində. Belə deyilsə, Portuqaliyada 4 il oynayanda niyə görmürdülər? Orada niyə qoleador ola bilmirdi?

Çünki orada nə “Qarabağ” var idi, nə indiki komanda yoldaşları, nə də Qurban Qurbanov kimi psixoloq.

Odur ki, “Sevilya” zəhmət çəkib “Qarabağ”ın öhdəliklərini yerinə yetirməlidir. Juninyonun “sifət” etməsi ilə deyil ki.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!