“Qarabağ”ın tərcüməçisi Elvar Quliyev yeni ili Avropada qarşılayıb.
Stajlı poliqlot istirahət etmək məqsədi ilə Portuqaliyaya yollanıb.
Baş məşqçi Qurban Qurbanovun ən çox etimad göstərdiyi şəxslərdən biri olan Quliyev 2024-cü ilin sonuncu gününda Lissabonda sürprizlə üzləşib.
Belə ki, tanınmış yerli telekanallardan satılan CM TV-nin əməkdaşı paytaxta axın edən turistlərdən müsahibə hazırlayanda, kameralar Quliyevə tuş gəlib.
“Qarabağ”ın rəsmisi Azərbaycandan qonaq gəldiyini deyərək, Portuqaliya təəssüratlarını bölüşüb, 2025-ci ildəki arzularını dilə gətirib.
Xanım jurnalist Elvar bəydən portuqalca səlis danışmasının səbəbini soruşub, Azərbqycanda yerli insanların bu dildən nə dərəcədə istifadə etmələri ilə maraqlanıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN