"Qarabağ"ın hücumçusu Olavio Juninyonun "Sevilya"ya keçidi yekunlaşmaq üzrədir.
Azərbaycan çempionu braziliyalı hücumçunu satmağa razı olub.
"Sevilya"nın "Qarabağ"a bonuslarla birlikdə 5 milyon avro ödəyəcəyi bildirilir. 28 yaşlı forvard La Liqa klubu ilə 2027 və ya 2028-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
Bu transferin qarşıdakı bir neçə gün ərzində açıqlanması nəzərdə tutulub.
Cənubi amerikalı legioner artıq əksər komanda yoldaşları ilə vidalaşıb. O, İspaniyada yaşayacağı şəhərdə özünə kirayə ev tutduğunu bildirib.
"Qarabağ" Juninyonu 2023-cü ilin yayında "Şaveş"dən transfer edib. "Köhlən atlar" bu keçid üçün Portuqaliya klubuna 350 min avro civarında təzminat ödəyib.
"Sambaçı" bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ