COP29

“Qarabağ” o qədər qazanıb ki...

3 Yanvar 15:40 Qarabağ 3 260
“Qarabağ” o qədər qazanıb ki...

Premyer Liqanın başa çatan ilk yarısı “Qarabağ”ın üstünlüyü ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu keçirdiyi 18 oyunda cəmi 7 xal itirib.

54 mümkün xaldan 47-ni toplayan Qurban Qurbanovun yetirmələri iki heç-heçə və bir məğlubiyyətlə itkilər yaşayıblar. Bu, ölkə çempionatları tarixində 6 ən yaxşı nəticədən biridir.

Söhbət ilk 18 turdan sonra toplanılan xallardan gedir. Əslində, tarixdə 4-cü dəfə bir komanda bu qədər oyunda cəmi 7 və ya daha az xal itirir.

1995/96 mövsümündən qələbəyə görə üç xal verilir. Bu müddətdə mütləq rekord 2 il əvvəl qeydə alınıb. Həmin vaxt “Qarabağ” 50 xal yığıb.

47 xal əldə olunması isə 3-cü dəfə qeydə alınır. 1999/2000 mövsümündə “Şəmkir”, dörd il sonra “Qarabağ” 47 xal qazanıb.

21 il əvvəlki nəticəsini təkrarlayan, 2022/23 mövsümündəkindən üç xal az yığan Ağdam təmsilçisi tarixində 3-cü dəfə 18 turdan 7 və ya daha az xal itirir. Bir sözlə, bölgə təmsilçisi bu göstəricidə “het-trik” müəllifidir.

Ümumiyyətlə, 1995-ci ilin yayından indiyə qədər qeydə alınan 4 belə göstəricidən üçü “Qarabağ”ın payına düşür.

Amma qələbəyə görə 2 xal verildiyi ilk 4 çempionatda da oxşar, hətta daha yaxşı nəticəyə təsadüf olunub. 1992-ci ildə “Neftçi” 18 matçda 17 qələbə qazanıb və 1 məğlubiyyət alıb.

Həmin vaxt bakılıların aktivində 34 xal olub. İndiki qayda ilə qələbəyə 3 xal prinsipi ilə müqayisə etsək, 51 xallıq nəticə mütləq rekord sayılar.

1994/95 mövsümündə isə “Kəpəz” fərqlənib. Gəncə klubu 15 qələbə və 3 heç-heçə ilə 33 xal toplayıb. İndiki formatda qərblilər 48 xala malik olacaqdı.

Hazırda “Qarabağ” ikinci pillədəki “Araz-Naxçıvan”ı 8 xal qabaqlayır (idman.biz).

Digər Xəbərlər
Xəbər Lenti
5 Yanvar 20:00 Çək və bizə göndər!
5 Yanvar 18:10 O da evləndi - FOTOLAR