"Qarabağ"ı nhücumçusu Juninyo Olavionun "Sevilya"ya keçidi başa çatmaq üzrədir.
Sportinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbautı məlumat yayıb.
Andalusiya təmsilçisinin Ağdam klubu apardığı danışıqlara geniş yer verilib.
"Sevilya"nın idman direktoru Viktor Ortonun "Qarabağ"a bir neçə təklif verdiyi vurğulanıb. Amma bu təkliflərin Azərbaycan çempionunu razı salmadığı da yazıda yer alıb. Brazilyalının transferinin 4 milyon avroya həll olunacağı bildirilib.
"Sevilya" Juninyo ilə 3 və ya 4 illik müqavilə bağlamaq niyyətindədir. Futbolçunun bu keçidi arzulaması ispaniyalıları ümidləndirib. Qarşı tərəf yaxın günlərdə "Qarabağ"ın keçidə müsbət cavab verəcəyinə ümid edir.
"Qarabağ" danışıqların getdiyini təsdiq etsə də, klublar arasında yekun qərar verilmədiyini təsdiqləyib.