"Qarabağ"ın forvardı Juninyonun "Sevilya"ya transferi tamamlanmaq üzrədir.
Sportinfo.az xəbər verir ki, bu barədə İspaniya mediası yazıb.
Bildirilib ki, artıq klublar arasında razılıq əldə olunub.
Braziliyalı hücumçunun La Liqa klubuna keçidi 3-3,5 milyon avroya başa gələcək.
Qeyd olunub ki, "Sevilya" Juninyonun transferi ilə bağlı "Qarabağ"la bəzi detallar istisna olmaqla anlaşıb.
28 yaşlı forvardın komandanın La Liqanın 20-ci turu çərçivəsində yanvarın 12-də "Valensiya" ilə keçirəcəyi oyuna qədər komandaya qoşulacağı bildirilir.