COP29

“Qarabağ”da elə bir şəxs olmayacaq ki, bu xəbəri oxumaq istəməsin!

2 Yanvar 19:25 Qarabağ 5 778
“Qarabağ”da elə bir şəxs olmayacaq ki, bu xəbəri oxumaq istəməsin!

Avropa Liqasının Liqa mərhələsinin 2025-ci ildə keçiriləcək son 2 turu ərəfəsində komandaların mərhələ adlamaq şansları bəlli olub.

Sportinfo.az xəbər verir ki, 36 iştirakçı klubun hər birinin hansı taleyi yaşayacağı ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Hər bir klubun 1-8, 9-16, 17-24 və 25-36-cı yerləri tutmaq variantları faizlə göstərilib. Reqlamentə görə 1-8-ci yerlər 1/8 finala, 9-24-cü yerlər pley-offa yüksələcək.

Bu mərhələdə 9-16-cı pillələrdə qərarlaşmaqla cavab görüşünü evdə keçirmək üstünlüyü qazanacaq. Son 12 yerin sahibi isə avrokuboklarla vidalaşacaq.

Azərbaycan çempionu “Qarabağ”ın da şansları məlum olub. Keçirdiyi 6 oyunda cəmi 3 xal toplayan Qurban Qurbanovun yetirmələri təkcə 1-8-ci deyil, həm də 9-16-cı yerləri tutmaq şansını rəsmən itirib.

Ağdam klubu yalnız 17-24-cü pillələrdən birini tutmağa ümidini saxlayıb. Ekspertlər “Qarabağ”ın pley-offa bu sıralarda getmək şansını 2 faizlə dəyərləndirib. Təmsilçimizin mübarizəni dayandırmaq ehtimalı isə artıq 98 faizdir.

“Qarabağ” hazırda turnir cədvəlində 33-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 02:50 "Neftçi"dən bir XƏBƏR