"Sevilya" Juninyonu transfer etmək niyyətindədir.
Braziliyalı hücumçunun özü də getmək istəyir. Amma klublar maliyyə məsələsində razılaşa bilmirlər.
"Sevilya" ucuza almaq istəyir, "Qarabağ" ən yaxşı oyunçusunu yaxşı qiymətə satmaq niyyətindədir.
Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov son gəlişmələrlə bağlı sportal.az-a bunları dedi:
"Danışıqlar davam edir, lakin hələ ki bir nəticə yoxdur.
Juninyonu satıb, yerinə oyunçu alsaq da, onu Avropa Liqasında qarşıdakı 2 oyuna sifariş edə bilməyəcəyik. Yalnız pley-off mərhələsinə çıxsaq, mümkün olacaq".
"Qarabağ" Avropa Liqasının Liqa mərhələsində növbəti oyunlarını yanvarın 23-də evdə Rumıniyanın FCSB və yanvarın 30-da səfərdə Yunanıstanın "Olimpiakos" klublarına qarşı keçirəcək.