“Qarabağ” legionerlərindən birini göndərməyi planlaşdırır.
Sportinfo.az Apasport.a-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fabiyan Buntiçlə yollarını ayırmağa hazırlaşır.
Belə ki, Şahruddin Məhəmmədəliyevin dönüşündən sonra qapıçıların sayı çoxalıb. O qədər də yaxşı performans sərgiləyə bilməyən Buntiçin “Qarabağ”dan göndəriləcəyi, ən pis halda icarəyə veriləcəyi gözlənilir.
27 yaşlı qolkiper 2024-cü il iyulun 1-də Ağdam klubuna keçib və o, 2027-ci il iyunun 30-na qədər bu komandaya məxsusdur.
Buntiç “Qarabağ”a qədər “İnqloştadt”, “Vizela” komandalarının qapısını qoruyub.