Klubların 10 illik UEFA reytinqi açıqlanıb.
Sportinfo.az xəbər verir ki, cədvəldə Avropanın 554 klubu yer alıb.
2015-24-cü illərdə qitə kuboklarında oynayanların siyahısında Azərbaycanı 9 klub təmsil edib. Ən yaxşı klubumuz “Qarabağ”dır.
53,000 xala malik Qurban Qurbanovun yetirmələri Avropada 65-cidir. Ağdam klubu “Atletik”, “Betis”, “Volfsburq” kimi komandaları qabaqlayır.
“Neftçi” 11,750 xalla 260-62-ci yerləri bölüşür. Bakı klubunun şərikləri Tbilisi “Dinamo”su və “Suduva”dır.
10,500 xala malik “Qəbələ” 282-87-ci yerlərin şərikləri sırasındadır. Digər təmsilçilərimiz – “Zirə”, “Sabah”, “Səbail”, “Sumqayıt”, “Şamaxı” və “Kəpəz” 7,675 xalla 348-353-cü yerləri bölüşürlər.
Siyahıya 265,000 xalla “Real” başçılıq edir.