Artıq günlərdir “Qarabağ”ın braziliyalı ulduzu Juninyo “Sevilya”nın diqqət mərkəzindədi.
Hər kəs bu transferin baş tutub-tutmayacağını maraqla gözləyir.
İspaniya klubu ağdamlıların istədiyi pulu verməsə, Juninyo yanvarın əvvəlində Bakıya qayıtmalıdı.
Bəzi iddialara görə, artıq transfer tamamlanıb, yalnız xırda detalları razılaşdırmaq qalır. Guya “Sevilya” “Qarabağ”a 3,5 milyon avro ödəyəcək.
Sportinfo.az xəbər verir ki, prosesin iştirakçılarından olan menecer Tural Əsgərli “football-plus.az”ın sualını belə cavablayıb:
“Təəssüf ki, bu məlumat yanlışdır. Hazırda söhbət 3,5 milyon avrodan getmir.
Bu dəqiqə heç bir razılıq yoxdur. Bu gün, sabah, birisigün məsələnin həll olunacağı heç də inandırıcı deyil”.