“Yanvar ayında transfer pəncərəsi açılır.
“Sevilya”nın bu ay yayda buraxdığı səhvləri düzəltmək imkanı olacaq”.
Sportinfo.az xəbər verir ki, bu sözlər İspaniyanın vamosmisevillafc.com saytında dərc olunan yazıdan götürülüb.
Bildirilib ki, klubun idman direktoru Viktor Ortanın yayda “Sevilya”ya cəlb etdiyi 2 futbolçu - Valentin Barko (cinah müdafiəçisi) və Keleçi İxeanaço (hücumçu) ümidləri doğrultmayıblar.
Bu səbəbdən artıq qış fasiləsində onlara əvəzləyici tapılma prosesinə başlanılıb.
Məlumata görə, “Sevilya”nın baş məşqçisi Qarsiya Pimyenta hələlik yalnız hücum xəttinə nigeriyalı əvəz edəcək oyunçunun alınması ilə bağlı təlimat verib.
Həmin hücumçu isə “Qarabağ”ın braziliyalısı Juninyodur. O, əsas transfer hədəfi olaraq qalır.