COP29

“Qarabağ”ın qapıçısı bu suala səmimi cavab verdi, “bəli” dedi

31 Dekabr 2024 18:10 Qarabağ 2 073
“Qarabağ”ın qapıçısı bu suala səmimi cavab verdi, “bəli” dedi

«Mən burada arzumu gerçəkləşdirdim».

Sportinfo.az xəbər verir ki, bu sözlər «Qarabağ»ın qapıçısı Mateuş Koxalskiyə məxsusdur.

O, "Dinamo" (Zaqreb) ilə oyundan əvvəl Çempionlar Liqası himni səslənərkən stress keçirdizmi" sualına belə cavab verib:

«Bəli, amma eyforiya daha çox idi. Avrokuboklarda oynamaq üçün “Qarabağ”a gəldim".

M.Koxalski Azərbaycan haqda da danışıb:

"Burada təhlükəsizlik hissi daha da böyükdür. Mən nə dava-dalaş, nə küçələrdə sərxoş insanlar, nə də evsiz-eşiksiz olanları gördüm".

"Qarabağ" Mateuş Koxalskini bu ilin avqust ayında "Stal"dan transfer edib. Polşalı qapıçı Ağdam təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Yanvar 20:00 Çək və bizə göndər!