COP29

“Deyəsən, o, mövsümü Qarabağ2da başa vurmayacaq”

31 Dekabr 2024 00:30 Qarabağ 2 786
“Deyəsən, o, mövsümü Qarabağ2da başa vurmayacaq”

Yunanıstan mətbuatı “Qarabağ”ın braziliyalı hücumçusu Juninyonun “Sevilya”ya mümkün transferindən yazıb.

Sportinfo.az xəbər verir ki, “Novasports” nəşri bununla bağlı “Olimpiakos”un xeyrinə olan transfer” başlıqlı məqalə dərc edib:

“Sevilya” "Qarabağ"la müqavilə müddəti 2026-cı ilə qədər olan 28 yaşlı braziliyalı hücumçu Juninyonu almaq üçün danışıqlar aparır. Juninyo 2023-cü ilin yayında “Şaviş”dən cəmi 450 min avroya transfer edilib.

O, bütün yarışlarda 82 matçda 41 qol vurub və 14 məhsuldar ötürmə edib. Bu mövsüm onun aktivində 10 qol və 3 məhsuldar ötürmə var, amma deyəsən o, mövsümü Azərbaycanda başa vurmayacaq.

Klublar arasında razılıq əldə olunarsa, Avropa Liqasının əsas mərhələsinin sonuncu turunun yanvarın 30-da “Olimpiakos”a qarşı keçirəcəkləri səfər matçı üçün “Qarabağ”ın ixtiyarında ən yaxşı oyunçularından biri olmayacaq".

Digər Xəbərlər
Xəbər Lenti