“Qarabağ”ın hücumçusu Olavio Juninyoya “Sevilya”dan əvvəl “Srvena Zvezda”nın maraq göstərməsi haqda xəbər vermişdik.
Sportinfo.az xəbər verir ki, Serbiya klubu braziliyalı hücumçu üçün 3 milyon avro təklif edib.
Amma “Sevilya”nın israrlı təklifi forvardın fikrini yalnız İspaniya klubuna yönəldib.
Belə olan halda, “Srvena Zvezda” onun uğrunda mübarizədə geri çəkilib. “Qarabağ”ın hücumçusunun İspaniya La Liqasına getmək istəyi daha çox olub.
28 yaşlı futbolçu 2023-cü il iyulun 1-də “Çaveş”dən “Qarabağ”a keçib. O, 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.
Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. Braziliyalı komandanın heyətində 80 oyun keçirib və 42 qol vurub, Azərbaycan çempionu və kubokun qalibi olub.