“Araz-Naxçıvan”la oyundan sonra “Qarabağ”ın futbolçusu Toral Bayramov ailəsi ilə Rusiyaya yolda düşüb.
Bayramovların Moskvadan Bakıya dönüşü dekabrın 25-nə planlaşdırılıb.
Lakin həmin gün dünyaya səs salan hadisənin - AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması reysin təxirə salınmasına səbəb olub.
Dekabrın 26-da bu barədə sosial media hesabında Toralın Nəzrin adlı həyat yoldaşı yazıb:
“Dünənə olan uçuşumuz ləğv olduğu üçün bu gün iki uçuşla ölkəmizə qayıtmalı oluruq.
Olanlardan sonra mənə görə böyük həyəcandır artıq bu”.
İlk uçuşdan sonrakı paylaşımda hər şeyin yaxşı olduğunu bildirən futbolçunun xanımı növbəti uçuşun ləğı olunmaması üçün dua etdiklərini bildirib.
Bununla da, Rusiya ilə Azərbaycan arasındakı uçuşlar tam ləğv olunmamış Bayramovlar vətənə qayıtmağa müvəffəq olub.
HƏBİB / SPORTİNFO.AZ