COP29

“Mən Azərbaycanda dava-dalaş, küçələrdə sərxoş, evsiz-eşiksiz insanlar görmədim”

29 Dekabr 2024 14:25 Qarabağ 14 195
“Mən Azərbaycanda dava-dalaş, küçələrdə sərxoş, evsiz-eşiksiz insanlar görmədim”

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, polşalı qolkiper Azərbaycanın təhlükəsiz ölkə olduğunu bildirib.

24 yaşlı legioner küçələrdə dava-dalaş, sərxoş insanlar görmədiyini deyib:

"Polşa nisbətən təhlükəsiz ölkədir. Lakin Azərbaycanda təhlükəsizlik hissi daha da böyükdür.

Mən burada nə dava-dalaş, nə küçələrdə sərxoş insanlar, nə də evsiz-eşiksiz insanlar gördüm".

"Qarabağ" Mateuş Koxalskini bu ilin avqust ayında "Stal"dan (Polşa) transfer edib. Qapıçı Ağdam təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2024 22:30 “Neftçi”də neçə lider var?