"Qarabağ"ın hücumçusu Juninyonun "Sevilya"ya transferi tamamlanmaq üzrədir.
Sportinfo.az xəbər verir ki, artıq klublar arasında razılıq əldə olunub.
Bu barədə İspaniyanın "Ficherio" saytı məlumat yayıb.
Braziliyalı hücumçunun La Liqa klubuna keçidi 3-3,5 milyon avroya başa gələcək.
Xəbərdə qeyd olunub ki, "Sevilya" Juninyonun transferi ilə bağlı "Qarabağ"la bəzi detallar istisna olmaqla, anlaşıb.
28 yaşlı forvardın "Sevilya"nın La Liqanın 20-ci turu çərçivəsində yanvarın 12-də "Valensiya" ilə keçirəcəyi oyuna qədər komandaya qoşulacağı bildirilir.
"Qarabağ" Juninyonu ötən ilin yayında Portuqaliyanın "Şaveş klubundan transfer edib.
"Sambaçı" bu mövsüm Ağdam təmsilçisinin heyətində keçirdiyi 26 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.