“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa mətbuatına geniş müsahibəsində baş məşqçiləri Qurban Qurbanov haqda danışıb.
Sportinfo.az xəbər verir ki, “Przegląd Sportowy One” nəşrinə danışan 24 yaşlı futbolçu deyib:
“Mən heç vaxt belə xarakterli məşqçiyə rast gəlməmişəm. O, ciddi bir şey olmadığı halda oyunçularla çox danışmır.
Mən onunla işləməkdən zövq alıram və onun yanaşması təsiredicidir. O, hər matçda öz səviyyəmizə uyğun oynamağımızı istəyir.
Bunu ötən mövsüm “Qarabağ”ın Avropa Liqasının 1/8 finalına yüksəlməsi və yalnız alman “Bayer”inə gərgin mübarizədə (2:2, 2:3) uduzması da təsdiqlədi.
İndi azarkeşlərdən mesajlar alıram. Onlar narahat olmamağımı və “Qarabağ”ın Avropada həmişə belə oynadığını düşünməməyimi xahiş edirəm".