"Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün "Qarabağ"a keçdim".
bunu "Qarabağ"ın qapıçısı Mateuş Koxalski "Przegladsportowy" nəşrinə müsahibəsində deyib.
24 yaşlı qolkiper Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirdikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu (0:2) haqqında danışıb.
Polşalı oyunçu "Çempionlar Liqasının himnini eşidəndə bir az stress keçirdinizmi" sualını cavablandırıb:
"Bəli. Amma eyforiya daha çox idi. Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün "Qarabağ"a gəldim.
Mateuş Koxalski cari ilin avqustunda "Qarabağ"a transfer olunub.